AccessBank
Qurban Bayramı və Müstəqillik Günü ilə əlaqədar elan olunmuş qeyri-iş günündə də
müştərilərinə xidmət göstərməyə davam edəcək.
Müştərilərin
maliyyə xidmətlərindən rahat və fasiləsiz istifadə edə bilməsi üçün bankın
bütün filialları 29 may tarixində adi rejimdə fəaliyyət göstərəcək.
Filial
şəbəkəsi və onların iş saatları ilə link vasitəsilə tanış ola bilərsiniz
Qeyd edək ki, Azərbaycanda 27–31 may tarixləri Qurban bayramı və Müstəqillik
Günü ilə əlaqədar qeyri-iş günləri elan olunub.
AccessBank
Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları
sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü
Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər
üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar
haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın
xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng
etmək, həmçininwww.accessbank.azsaytına
və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı
lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Şərhlər