AccessBank
və süni intellekt həlləri üzrə ixtisaslaşmış Neurotime şirkətinin birgə
təşkilatçılığı ilə aparıcı media qurumlarının nümayəndələri üçün "Süni
İntellekt və Yeni Nəsil Jurnalistikası” mövzusunda təlim təşkil edilib.
Təlimin
əsas məqsədi sürətlə transformasiya olunan media mühitində süni intellekt
texnologiyalarının yaratdığı imkanlar, faktların yoxlanılması (fact-checking)
metodları, eləcə də bu texnologiyaların jurnalistikada etik və məsuliyyətli
tətbiqi ilə bağlı iştirakçıların bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Sessiyalar
zamanı süni intellektin korporativ kommunikasiya sahəsində tətbiqi
imkanlarından bəhs olunub. İnteraktiv və
praktiki formatda keçirilən təlim çərçivəsində iştirakçılar real nümunələr
üzərində işləyərək böhran vəziyyətlərində rəsmi mənbələrlə işləmə, məlumatların
etibarlılığını yoxlama və informasiyanın düzgün interpretasiyası üzrə praktiki
tapşırıqlar yerinə yetiriblər. Təlim çərçivəsində ChatGPT, Gemini, Claude və
Perplexity kimi müasir süni intellekt alətlərinin peşəkar istifadə prinsipləri
nümayiş etdirilib, effektiv sorğuların hazırlanması (prompt engineering)
metodları barədə iştirakçılara ətraflı məlumat verilib.
Tədbirin
sonunda iştirakçılar arasında interaktiv bilik yarışı (quiz) təşkil olunub.
Təlim proqramını uğurla başa vuran bütün media nümayəndələrinə sertifikatlar
təqdim edilib.
Süni
intellekt jurnalistin fəaliyyətini dəstəkləyən effektiv alət olsa da, məlumatın
dəqiqliyinin yoxlanılması, kontekstin düzgün təqdim edilməsi və ictimai
məsuliyyət prinsiplərinin qorunması baxımından jurnalistin rolu əvəzolunmaz
olaraq qalır. Bu çərçivədə "AI köməkçidir, müəllif deyil” yanaşmasının əhəmiyyəti
xüsusi qeyd edilib.
AccessBank
bundan sonra da innovativ texnologiyaların tətbiqini təşviq edən təşəbbüslərini
davam etdirəcək.
AccessBank
Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları
sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü
Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər
üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar
haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın
xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng
etmək, həmçininwww.accessbank.azsaytına
və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı
lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
.png)
Şərhlər