XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Açıq ürək əməliyyatı keçirən aktyor: "Bəzən ağrıkəsicilər də kömək etmir"
Ölkə12:30 01.06.2026

Açıq ürək əməliyyatı keçirən aktyor: "Bəzən ağrıkəsicilər də kömək etmir"

"Ağrılarım çoxdur, bəzən ağrıkəsicilər də köməyimə çatmır".
Bunu Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan Qaynarinfo-ya açıqlamasında deyib. 
Aktyor bildirib ki, əməliyyatdan sonra bərpa prosesi çətin keçir:
"Bəzən ağrıkəsicilər də kömək etmir. Heç bir yanaşı xəstəliyim yoxdur, amma sağalma prosesi vaxt alır. Qabırğalarımı kəsiblər. Həkimlər deyir ki, hər şey qaydasındadır, sağalma prosesi normal gedir. Yavaş-yavaş hərəkət edirəm".
Səhhətindəki çətinliklərə baxmayaraq, İntiqam Soltan teatrın fəaliyyətinin davam etdiyini vurğulayıb:
"Kollektiv iş başındadır. Hazırda teatr Şağandakı uşaq evində çıxış etməyə gedib. Orada uşaqlar üçün tamaşa təqdim olunacaq".
Qeyd edək ki, bir müddət əvvəl İntiqam Soltan açıq ürək əməliyyatı keçirib.
Bahar Rüstəmli