AFB Bank müştərilərinin
gündəlik maliyyə əməliyyatlarını daha rahat və əlçatan etmək məqsədilə mobil tətbiqində
yeni funksionallıq təqdim edir. Artıq istifadəçilər Mono Digital kartını– bankın premium Platinum kart məhsulunu – tam ödənişsiz şəkildə, bir
neçə dəqiqə ərzində onlayn sifariş edə bilərlər.
Yeni imkan sayəsində
kart əldə etmək üçün filiala getməyə ehtiyac yoxdur. Hətta AFB Bank-ın mövcud
müştərisi olmayan şəxslər belə mobil tətbiqi yükləyərək, sadə və sürətli identifikasiya
prosesindən keçib kartlarını dərhal aktivləşdirə bilərlər.
Mono Digital
kart – rahatlıq, sürət və üstün imkanlar bir arada:
* Kart qalığına illik 8%-dək
gəlir
* 10%-dək CashBack imkanı
* Aylıq 5000 AZN-dək C2C
köçürmələr komissiyasız
* Ölkə daxilində ATM-lərdən 5000
AZN-dək nəğdləşdirmə komissiyasız
* Apple Pay və Google Pay dəstəyi ilə sürətli və təhlükəsiz
ödənişlər
AFB Bank rəqəmsal
bankçılıq sahəsində innovativ həllər təqdim etməyə davam edir. Mono Digital
kart yeni nəsil istifadəçilər üçün nəzərdə tutulmuş, tam rəqəmsal və maksimum
rahatlıq təmin edən maliyyə alətidir.
Mobil tətbiqi
yükləyin, qeydiyyatdan keçin və Mono Digital kartınızı indi əldə edin – bank
xidmətləri artıq cibinizdədir.
Tədbiqi yükləmək üçün bu linkə keçid
edin: https://onelink.to/4aq38c
Şərhlər