XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ağdərədə mina partladı: İki nəfər xəsarət aldı
Ölkə11:19 03.08.2026

Ağdərədə mina partladı: İki nəfər xəsarət aldı

Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baș verib.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində o, sağ ayaq nahiyəsindən xəsarət alıb. 
Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb. Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.