XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

AMİP seçkilərə hazırlaşır (AÇIQLAMA)
Siyasət06:38 29.05.2024

AMİP seçkilərə hazırlaşır (AÇIQLAMA)

"Milli İstiqlal Partiyası bütün seçkilərdə iştirak etməyin tərəfdarıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında sözügedən partiyanın sədri Arzuxan Əlizadə deyib. 
Sədr bu günə qədər ölkədə keçirilən bütün parlament və bələdiyyə seçkilərindən partiyanın kənarda qalmamasını xatırladıb: 
"Parlament seçkilərində də iştirak edəcəyik. Bununla bağlı fevralın 23-də partiyanın siyasi şurasının genişləndirilmiş iclasında qərar verilib. Namizədlərin müəyyənləşdirilməsi prosesi gedir". 
Sədr özü də bu seçkidə namizədliyini irəli sürəcək: 
"Hədəfləyirəm, yaşadığım ərazidən namizədliyini ürəli sürməyi düşünürəm. Amma seçki ərəfəsində digər variantları da araşdırıb son qərarı verəcəyəm".
Bahar Rüstəmli