Bakcell artıq Apple məhsullarının
Azərbaycandakı rəsmi satış mərkəzi statusunu əldə edib. Bununla da istifadəçilər
ən yeni iPhone modellərini rəsmi şəkildə birbaşa Bakcell Shop-dan əldə edə
biləcəklər.
Xüsusi
kampaniya çərçivəsində müştərilər iPhone modellərini 18 ayadək faizsiz və ilkin
ödənişsiz əldə etməklə yanaşı, seçilmiş modellər üzrə hər ay 2500 dəqiqə və 50
GB-dək internet hədiyyəsindən də yararlana biləcəklər.
Bu
əməkdaşlıq Bakcell-in müştərilərinə qlobal texnologiya brendlərini təqdim etmək
və premium xidmət təcrübəsini genişləndirmək istiqamətində atdığı növbəti
addımdır. Rəsmi satış statusu istifadəçilərə orijinal məhsul və rəsmi zəmanət üstünlükləri
təqdim edir.
Ən
yeni iPhone modellərini artıq Bakcell Shop və Bakcell-in
rəsmi satış mərkəzlərindən əldə etmək mümkündür.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl
telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli
və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının
qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni
intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə
verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət
göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan
Azerconnect Group-a daxildir.
Şərhlər