XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Avarçəkmə Federasiyası het-trik etdi (FOTO)
İdman10:37 27.12.2023

Avarçəkmə Federasiyası het-trik etdi (FOTO)

Gənclər və İdman Nazirliyi tərəfindən 2023-cü ilin idman yekunlarına həsr edilmiş tədbir keçirib.
Qaynarinfo xəbər verir ki, tədbir zamanı müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının adları açıqlanıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 3 nominasiya üzrə mükafatçılar sırasında yer alıb. 
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin idman federasiyası nominasiyasında 3-cü olub. Federasiya tərəfindən keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Prezident Kuboku-2023” reqatası ilin  idman tədbiri nominasiyasında mükafat qazanıb. Reqata 2023-cü ilin ikinci ən yaxşı tədbiri seçilib. 
"Prezident kuboku” və "Mingəçevir Reqatası” kimi beynəlxalq avarçəkmə yarışlarının keçirildiyi "Kür” Olimpiya Tədris-İdman Mərkəzi isə 2023-cü ilin ən yaxşı idman qurğusu nominasiyasında birinci yerə layiq görülüb.