XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Ayaks" və "Panatinaikos" penaltilərdə rekord müəyyənləşdirdi (VİDEO)
İdman08:02 16.08.2024

"Ayaks" və "Panatinaikos" penaltilərdə rekord müəyyənləşdirdi (VİDEO)

Avropa Liqasının III təsnifat mərhələsində keçirilən "Ayaks" - "Panatinaikos" cavab oyunu Amsterdam klubunun dramatik qələbəsi ilə yekunlaşıb.
Qaynarinfo xəbər verir ki, Afinada keçirilən ilk oyun "Ayaks”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb, Amsterdamda isə Yunanıstan klubu analoji hesabla qalib gəlib. Yeganə qolu matçın 89-cu dəqiqəsində braziliyalı Tete vurub.
İki oyunluq qarşıdurmanın qalibi komandaların hərəyə 17 zərbə vurduğu penaltilər seriyasında müəyyənləşib və nəticədə "Ayaks” 13:12 hesabı ilə qalib gəlib.
Bu penaltilər seriyası Avropa kubokları tarixində ən uzun penaltilər seriyası kimi tarixə düşüb. 
Pley-off mərhələsində "Ayaks” Polşanın "Yagelloniya” komandası ilə qarşılaşacaq. "Panatinaikos"un Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Fransanın "Lans" klubu olacaq. 
Nizami Bağırov