"Azərbaycan Dəmir Yolları" QSC barəsində cərimə
protokolu yazılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində
Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci
(Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra
hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın
verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə
inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə
göndərilib.
İş hakim Elməddin Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası mayın 31-nə təyin edilib.
Şərhlər