XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanın U-17 millisi Qazaxıstana ikinci oyunda da uduzdu
İdman18:30 09.06.2026

Azərbaycanın U-17 millisi Qazaxıstana ikinci oyunda da uduzdu

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstan yığmasına ikinci yoxlama oyununda da uduzub.
Qaynarinfo xəbər verir ki, görüş bu gün Qəbələ şəhər stadionunda baş tutub.
Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda rəqibinə 0:1 hesabı ilə məğlub olub.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk görüşdə Qazaxıstan millisi 5:2 hesablı qələbə qazanıb.