Əsgərlərimiz xidmət dövründə ailələrinə
bir zəng qədər yaxın olacaqlar!
"Azercell Telekom” MMC 26 İyun –
Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyi ilə tərəfdaşlıqda "Əsgərcell”
xüsusi təklifini istifadəyə verir. Yeni təşəbbüs hərbi xidmət müddətində əsgərlərin
ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz ünsiyyətini təmin edəcək.
Ölkədə ilk dəfə təqdim olunan bu təklifdən
yararlanmaq üçün əsgərlər xüsusi şərtlərlə fərdi cihaz və nömrəni hərbi hissələrdə
yaradılmış müvəqqəti satış məntəqələrindən əldə edə bilərlər. Təklif çərçivəsində
nömrələrdə onlar üçün nəzərdə tutulmuş tarif aktiv ediləcək. İnformasiya təhlükəsizliyi
tələblərinə uyğun hazırlanmış xidmət əsgərlərə müəyyən olunmuş saatlarda "ağ
siyahı”ya əlavə etdikləri istənilən 5 nömrə ilə qarşılıqlı zənglər həyata
keçirmək imkanı yaradacaq. Eyni zamanda, təcili çağırış nömrələri ilə əlaqə
saxlamaq mümkün olacaq.
"Əsgərcell” təklifi 01 iyul 2026-cı il
tarixindən etibarən aktiv olacaq. "Əsgərcell” nömrələrinin istifadə müddəti 18
ay müəyyən edilib. Bu müddət ərzində nömrələrin xətti daim açıq qalacaq.
Təklifə qoşulma şərtləri və ətraflı məlumat
üçün: Əsgərcell.
"Azercell Telekom” MMC 26 İyun –
Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrini təbrik edir,
Vətənimizin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin keşiyində
şərəflə xidmət edən bütün hərbçilərimizə dərin ehtiramını və minnətdarlığını
bildirir.
Əsgərcell – şərəflə və sədaqətlə xidmətinizdəyik!
Şərhlər