Şirkət
gənclərin süni intellekt sahəsində bilik və bacarıqlarının inkişafına yönəlmiş
təşəbbüsləri dəstəkləməyə davam edir
"Azercell
Telekom" MMC-nin təşəbbüsü və dəstəyi, ADA Universiteti və ADA
Universiteti Fondunun birgə əməkdaşlığı ilə bakalavr tələbələri üçün nəzərdə
tutulmuş AI4Real Süni İntellekt Bootcamp proqramına start verilir. 17–21 avqust
tarixlərində ADA Universitetində keçiriləcək intensiv beş günlük proqram gənclərə
praktiki bilik və bacarıqlar qazandırmağı, real biznes problemlərinin həllində
AI texnologiyalarından istifadə imkanlarını inkişaf etdirməyi hədəfləyir.
Təlim
müddətində iştirakçılar süni intellekt texnologiyalarının biznes proseslərində
tətbiqi, qərarvermə mexanizmlərinin təkmilləşdirilməsi, telekommunikasiya
sektorunda AI həlləri, agent əsaslı süni intellekt (Agentic AI) və digər müasir
AI istiqamətləri ilə tanış olacaq, biliklərini real biznes nümunələri üzərində
inkişaf etdirəcəklər.
Proqram
çərçivəsində tələbələr akademik və sənaye ekspertlərinin mentorluğu ilə
komandalarda çalışaraq real biznes problemlərin həllinə yönəlmiş süni intellekt
əsaslı layihələr hazırlayacaq və əldə etdikləri bilikləri praktiki şəkildə tətbiq
etmək imkanı qazanacaqlar.
Bootcamp
müxtəlif ixtisaslar üzrə təhsil alan I və II kurs bakalavr tələbələri üçün nəzərdə
tutulub və proqramda iştirak etmək üçün süni intellekt sahəsində əvvəlcədən
bilik və ya təcrübə tələb olunmur.
AI4Real
Bootcamp proqramında iştirak etmək istəyən tələbələr 03 avqust 2026-cı il tarixinədəkhttps://forms.office.com/r/ngNHPyzFcR ünvanı vasitəsilə müraciət edə bilərlər.
İştirakçılar yalnız təqdim olunan müraciət forması əsasında seçiləcək, əlavə
imtahan və ya müsahibə mərhələsi nəzərdə tutulmur.
Qeyd
edək ki, Azercell "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni
İntellekt Strategiyası”na uyğun olaraq süni intellekt əsaslı həllərin tətbiqini
genişləndirir, eyni zamanda bu sahədə peşəkar kadr potensialının inkişafını
prioritet istiqamətlərdən biri kimi müəyyən edib.
Şərhlər