Ölkənin qanuni
lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya” bu yay
yenidən rəngarəng və həyəcan dolu layihəsi ilə görüşünüzə gəlir.
"Şans Karvanı 2”musiqi, əyləncə və hədiyyələrlə zəngin interaktiv yay kampaniyası olaraq bu il
Bakıdan start götürür və ölkənin 14 şəhər və rayonunu əhatə edəcək. İlk tədbir
13 iyunda Bakı Bulvarında konsert proqramı müşayiəti ilə baş tutacaq.
Bir ay boyunca səyahət
edəcək "Şans Karvanı” hər dayanacaqda sakinləri oyunlar, şou proqramlar və
sürpriz hədiyyələrlə qarşılayacaq. Burada iştirakçılar həm əyləncəli anlar
yaşayacaq, həm də smartfon, hədiyyə kartları və digər dəyərli mükafatları
qazanma şansı əldə edəcəklər.
"Şans Karvanı 2”
müxtəlif bölgələrdə təşkil olunacaq tədbirlərdə fərqli formatlı oyunlarla çıxış
edəcək. Oyun qaydaları və mexanizmləri şəhərdən şəhərə dəyişə bilər. Karvanın
marşrutu yerli bölgələrin dinamika və xüsusiyyətlərinə uyğun olaraq
planlaşdırılıb və növbəti dayanacaqlar barədə məlumatlar rəsmi kanallar vasitəsilə
paylaşılacaq.
Layihə çərçivəsində"Beşdə 5”, "4+4” və "Super Keno” kimi tirajlı oyunlar vasitəsilə
iştirakçılara müxtəlif məbləğli böyük uduşlar və 1 800 000 manatdan çox
cekpot qazanmaq imkanı təqdim olunur.
"Şans Karvanı 2”
haqqında daha ətraflı məlumatı Azərlotereya-nın rəsmi internet və sosial media
səhifələrindən əldə edə bilərsiniz.

Şərhlər