Bank Respublika "Qızıl Seçim”lotereyasının qalibinə avtomobil təqdim etdi
Bu gün Azərbaycanın aparıcı banklarından biri olan
Bank Respublika fəaliyyətinin 34-cü ilini qeyd edir. 1992-ci ildən fəaliyyət
göstərən Bank bu illər ərzində ölkə iqtisadiyyatının inkişafına töhfə verərək, müasir
və innovativ xidmətləri ilə milyonlarla müştərinin etimadını qazanıb.
Bank bu əlamətdar gündə
də müştərilərindən birinə sevinc bəxş edərək, ona avtomobil təqdim edib. Belə
ki, "Qızıl Seçim"lombard lotereyasının 2-ci tirajının əsas
qalibinə BYD Destroyer avtomobili təqdim edilib.
Qeyd edək ki, avtomobil
qazanmış xanım müştəri Bankdan 1 000 AZN məbləğində lombard krediti rəsmiləşdirməklə
lotereyada iştirak hüququ əldə edib.
Lotereyanın qalibləri
15 may 2026-cı tarixində Bank Republika-nın Baş ofisində 5 nəfərdən ibarət müstəqil
komissiya üzvünün iştirakı ilə təsadüfi seçim əsasında müəyyən olunub
İkinci tirajda 01 yanvar – 01 may 2026-cı il tarixlərində,
eləcə də 1-ci tiraj çərçivəsində Bank Respublikada lombard krediti rəsmiləşdirmiş
müştərilər iştirak edirdi. Ümumilikdə lotereyada 20 000-dən çox müştəri və onlara məxsus 200 000-ə yaxın lotereya şansı qeydə alınıb. Qeyd edək ki, hər 500 AZN məbləğində lombard krediti
müştərilərə 1 iştirak şansıqazandırıb.
Qeyd edək ki,
avtomobil BYD şirkətinin Azərbaycandakı rəsmi dileri "Group Motors” tərəfindən
təqdim olunur.
Lotereya haqda ətraflı məlumatıBankın rəsmi səhifəsindən əldə edə bilərsiniz.
📌 Daha
ətraflı məlumat üçün:
🌐 Veb
sayt: www.bankrespublika.az
📱 Sosial
şəbəkələr: 🔵 Facebook | 📸Instagram | 🔗LinkedIn | 📨 Telegram
📞 Çağrı
Mərkəzi: 144

Şərhlər