Bank Respublika kiçik və orta biznesin dəstəklənməsi üçün EFSE-dən 22 milyon avro məbləğində vəsait cəlb etdi
Azərbaycanın aparıcı banklarından biri olan, ölkənin
real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən Bank Respublika ilə Cənub-Şərqi
Avropa üzrə Avropa Fondu (EFSE) arasında yeni iri kredit sazişi imzalanıb.
Sazişə əsasən, EFSE tərəfindən Bank Respublikaya Azərbaycan
manatı (AZN) ilə, 22 milyon avro ekvivalentində və 5 il müddətinə kredit
ayrılacaq. Cəlb olunan vəsait bankın biznesin maliyyələşdirilməsi imkanlarını
genişləndirməsinə, sahibkarlar üçün əlçatan uzunmüddətli kredit resurslarının həcmini
artırmasına şərait yaradacaq. Maliyyələşmə mikro, kiçik və orta sahibkarlıq
subyektlərinin, eləcə də qadın sahibkarların dəstəklənməsinə yönəldiləcək.
Ölkə üzrə geniş filial şəbəkəsindən istifadə etməklə
Bank Respublika yeni maliyyə resurslarının Azərbaycanın bütün regionlarında fəaliyyət
göstərən sahibkarlar üçün əlçatan olmasını təmin edəcək.
Bu əməkdaşlıq regionlarda biznesin inkişafına,
maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsinə, sahibkarlıq fəaliyyətinin
təşviqinə və ölkənin dayanıqlı iqtisadi inkişafına əlavə töhfə verəcək.
Bank Respublika haqqında
1992-ci ildə təsis edilmiş Bank Respublika ASC Azərbaycanın
aparıcı kommersiya banklarından və ölkənin sistem əhəmiyyətli maliyyə
institutlarından biridir. Bank fərdi, kiçik və orta sahibkarlıq (KOS) və
korporativ müştərilər üçün geniş spektrli maliyyə xidmətləri təqdim edir. Ölkə
üzrə geniş filial şəbəkəsi və müasir rəqəmsal bankçılıq platformaları vasitəsilə
Bank Respublika maliyyə xidmətlərinin əlçatanlığının artırılmasına,
sahibkarlığın inkişafına və ölkənin dayanıqlı iqtisadi artımına töhfə verir.
Bank aparıcı beynəlxalq maliyyə institutları ilə uzunmüddətli tərəfdaşlıqlar
quraraq Azərbaycan iqtisadiyyatının real sektorunun maliyyələşdirilməsini və
maliyyə inklüzivliyinin genişləndirilməsini dəstəkləyir.
Ətraflı məlumat üçün: www.bankrespublika.az
EFSE haqqında
Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (European Fund
for Southeast Europe – EFSE) Cənub-Şərqi Avropa və Qafqaz regionlarında
iqtisadi inkişafı və rifahı təşviq edən təsir yönümlü investisiya fondudur.
Regional Alt Fond (RSF) və Ukrayna Alt Fondu (USF) vasitəsilə EFSE
sahibkarlığın inkişafını dəstəkləmək, maliyyə inklüzivliyini genişləndirmək və
yerli iqtisadiyyatların inkişafına töhfə vermək məqsədilə fərdiləşdirilmiş
maliyyə həlləri təqdim edir.
EFSE 2005-ci ildə KfW İnkişaf Bankının təşəbbüsü ilə
Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal
Nazirliyi (BMZ) və Avropa Komissiyasının maliyyə dəstəyi ilə yaradılmışdır. Bu
formatda ilk dövlət-özəl tərəfdaşlığı olan fond donor təşkilatları, beynəlxalq
maliyyə institutları və özəl institusional investorların vəsaitləri hesabına
maliyyələşir. Fondun portfel meneceri Almaniyanın Finance in Motion GmbH, fondun idarəedici şirkəti isə LüksemburqunHauck & Aufhäuser Fund Services
S.A. şirkətidir.
Ətraflı məlumat üçün: www.efse.lu
Finance in
Motion haqqında
Finance in Motion ümumi həcmi təxminən 4 milyard avro olan və hamısı SFDR-in 9-cu maddəsinə uyğun təsnif
edilən 10 investisiya fondununstrukturlaşdırılması, idarə olunması və məsləhət xidmətlərini həyata keçirir.
Bu özəl bazar fondları regional maliyyə vasitəçiləri, birbaşa investisiyalar, məsləhət
xidmətləri və institusional potensialın gücləndirilməsi vasitəsilə insanlar və ətraf
mühit üçün davamlı təsir yaradır.
Almaniyada əsası qoyulan və Latın Amerikasından Şərqi
Avropaya qədər geniş yerli ekspertiza şəbəkəsinə malik olan Finance in Motion artıq 20 ildən
çoxdur ki, inkişaf etməkdə olan bazarlara investisiya yatırır.
Ətraflı məlumat üçün: www.finance-in-motion.com
Şərhlər