XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bu "ASAN xidmət" mərkəzi bağlanır
Ekonomiks06:05 28.02.2024

Bu "ASAN xidmət" mərkəzi bağlanır

​Bakı şəhərində yerləşən 3 saylı (Yasamal rayonu) "ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar 1 mart tarixindən bir ay müddətinə bağlanacaq.
Bu barədə Qaynarinfo-ya "ASAN xidmət”dən məlumat verilib.
​Vətəndaşlar qeyd olunan tarixdən Bakı şəhərində yerləşən digər "ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
​Hazır sənədlərini 3 saylı "ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlardan 2024-cü ilin 1 mart tarixindən etibarən 7 saylı Bakı "ASAN xidmət” mərkəzinə müraciət etmələri xahiş olunub.