20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə Qaynarinfo-ya DTX-nin Mətbuat xidmətindən məlumat verilib.
DTX-nin əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anıblar.
Daha sonra DTX-nin şəxsi heyəti adından "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub, Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.
<iframe width="602" height="315" src="https://www.youtube.com/embed/8IW3RziYzHQ" title="DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmişlər." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>
Şərhlər