"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi üçün tələb olunan müxtəlif növ malların satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tendering qalibi "Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 23 155 659,2 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Tikinti-Təmir-Bərpa-Təchizat” QSC 18 mart 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2050 manatdır, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, General Səmədbəy Mehmandarov küçəsi, ev 98, mənzil 47-də yerləşir. Qanuni təmsilçi vəzifəsini Əbilov Elçin İslam oğlu həyata keçirir.
Sözügedən şirkətin adı son dövrlərdə bəzi tender prosesləri ilə bağlı iddialarda hallanır. Mediada yayılan məlumatlarda onun qalib gəldiyi satınalmalarda şəffaflıqla bağlı sualların olduğu iddia edilir.
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC isə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. MMC-nin rəhbəri Abit Əliyevdir. O, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun yaxın adamı kimi tanınır.
Seyid
Şərhlər