XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ən gözəl və çirkin qadınların yaşadığı ölkələr açıqlandı - REYTİNQ
Dünya10:19 30.05.2026

Ən gözəl və çirkin qadınların yaşadığı ölkələr açıqlandı - REYTİNQ

Ən gözəl qadınların yaşadığı ölkələrin siyahısı tərtib edilib. 
Qaynarinfo xəbər verir ki, bu barədə reytinqi "World Population Review" saytı dərc edib.
Hesabatın əsasını 2025-ci ildə yayımlanmış müxtəlif reytinqlər təşkil edib. Bu reytinqlərin bəziləri beynəlxalq gözəllik müsabiqələrində qalib gəlmiş müxtəlif ölkələrdən olan qadınların sayına əsaslanıb. Digərləri isə dünyanın hansı ölkələrindən çıxan şəxslərin daha çox məşhur olduqlarını qiymətləndirib. Bəzi reytinqlərdə ekspert rəylərindən də istifadə olunub.
"Reddit" forumunda verilən səsləri də nəzərə alan reytinqdə Kolumbiya birinci yeri tutub. İlk beşliyə həmçinin Polşa, Yunanıstan, Rusiya və Çexiya daxil olub. 
Ən az cəlbedici qadınların isə Venesuela, Albaniya və İspaniyada yaşadığı bildirilib.
Bundan əvvəl "World Population Review" resursunun dərc etdiyi dünyanın ən sərbəst cinsi həyat tərzinə malik ölkələrinin reytinqində Avstraliya, Braziliya və Yunanıstan ilk yerləri tutmuşdu. İlk onluğa həmçinin Çili, Yeni Zelandiya, Almaniya, İtaliya, İsveçrə, Tailand və Cənubi Afrika Respublikası daxil olub.
Aydın