XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Siyasət12:01 28.11.2024

Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı

Fəaliyyəti dayandırılan Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak etməsi ilə bağlı qərarını açıqlayıb. 
Sabiq sədr Qaynarinfo-ya açıqlamasında bələdiyyə seçkilərində iştirak etməyin tərəfdarı olduğunu bildirib.
"Seçkilərdə iştirak edənləri dəstəkləyirəm və onlara təbliğat və təşviqat dönəmində hər cür hüquqi-siyasi dəstək verməyə hazıram", deyə siyasətçi bildirib.
Əvəz Temirxan qeyd edib ki, əgər seçkilərdə iştirakla bağlı qərar versə, o zaman öz doğma kəndindən - Bərdə rayonunun Soğanverdilər kəndindən namizədliyini irəli sürəcək. 
Bahar Rüstəmli