Expressbank Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan
Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan
Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan
Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 13
mart 2023-cü il tarixində "Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə
tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”u çərçivəsində həyata
keçirilən növbəti ağacəkmə aksiyasında iştirak edib.
24 aprel
2026-cı il tarixində Müşfiqabad qəsəbəsində keçirilən aksiya çərçivəsində Expressbankın struktur rəhbərləri və əməkdaşlarından ibarət
heyət fəallıq göstərərək ərazidə yaşıllığın genişləndirilməsinə öz töhfəsini
verib.
Bu cür
təşəbbüslərdə iştirak etməklə Expressbank ətraf mühitin mühafizəsinə dəstəyini
davamlı olaraq nümayiş etdirir, ekoloji tarazlığın qorunması və gələcək
nəsillər üçün sağlam mühitin formalaşdırılmasına töhfə verməyi prioritet istiqamətlərindən
biri kimi müəyyən edir.
Qeyd
edək ki, Bank "Təbiətə qayğı – Gələcəyə
miras” ekoloji sosial məsuliyyət layihəsi çərçivəsində yaşıllıqların
artırılmasına və ekoloji şüurun formalaşdırılmasına yönəlmiş təşəbbüslərini
davam etdirir.
"Expressbank” ASC ARMB tərəfindən 30
dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət
göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Təcili
kredit üçün bura keçid edin!
Şərhlər