ExpressbankSahibkarlar Günü münasibətiləGözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyinin (GXSSD)
üzvləri ilə işgüzar səhər yeməyi formatında görüş təşkil edib.
Görüşdə
sahibkarlarla açıq dialoq aparılıb, onların sahibkarlıq fəaliyyətində üzləşdikləri
maliyyə məsələləri və inkişaf imkanları müzakirə edilib.
Eyni
zamanda tədbir çərçivəsində iştirakçılar üçün maliyyə savadlılığı mövzuları
ətrafında qısa təlim də keçirilib. Təlim zamanı sahibkarlara maliyyə planlaması,
nağd pul axınının idarə olunması və bank məhsullarından effektiv istifadə ilə
bağlı praktiki məlumatlar təqdim olunub.
Qeyd
edək ki, qısa müddət əvvəl Expressbank ilə Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara
Dəstək İctimai Birliyi arasında tərəfdaşlıq
memorandumu imzalanmışdı. Bank sözügedən əməkdaşlıq çərçivəsində sahibkarların maliyyə savadlılığının
artırılmasına dəstək göstərməyi, onların maliyyə alətlərinə çıxış imkanlarını
genişləndirməyi və bizneslərinin inkişafına töhfə verməyi hədəfləyir.
Expressbank
bu kimi təşəbbüslərlə sahibkarlarla əlaqələrin gücləndirilməsinə və ölkədə
sahibkarlıq mühitinin inkişafına dəstək verməyə davam edir.
Expressbank Bakı, Sumqayıt, Gəncə,
Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkərandaolmaqla, 16
filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından,
132 Məlumat Mərkəzindən və ya Bankın "İnstagram”, "Facebook”, "LinkedIN”
və "Telegram” sosial
platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank” ASC ARMB tərəfindən 30
dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət
göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Təcili
kredit üçün bura keçid edin!
Şərhlər