Expressbank ötən 1 il ərzində atdığı"yaşıl addımlar"ın hesabatını
açıqlayıb. Bu təşəbbüslər ekosistemin qorunmasına və təbiətdə karbon izinin
azaldılmasına real töhfələr verib.
Təbiətin bərpası və işğaldan azad edilmiş torpaqlarımızda
quruculuğa dəstək məqsədilə Expressbank əməkdaşları tərəfindən 200-dən çox ağac əkilib. Bu, gələcək nəsillər
üçün daha yaşıl və sağlam bir mühitin təməllərini qoymaqla yanaşı, bölgənin
yenidən canlanması prosesində korporativ sosial məsuliyyət anlayışının və vətəndaşlıq
borcunun bariz nümunəsidir.
Ekoloji fəaliyyətlər çərçivəsində
tullantıların düzgün idarə olunması və resurslara qənaət xüsusi diqqət mərkəzində
saxlanılıb. Ötən il ərzində kağız israfının qarşısının alınması məqsədilə 5
tondan çox kağız toplanaraq təkrar emala yönləndirilib.
Dəniz ekosisteminin mühafizəsinə dəstək
məqsədilə keçirilən aksiyada bank əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyiləXəzər dənizinin sahil zolağından 300 kq
tullantı toplayaraq kənarlaşdırıblar. Bununla yanaşı, ətraf mühit üçün ən təhlükəli
tullantılardan hesab olunan batareyaların
toplanması məqsədilə Bankın ofis və filiallarına xüsusi qutular yerləşdirilib. Beləliklə,
yalnız Bankın əməkdaşları deyil, həmçinin Bankın müştəriləri də bu ekoloji təşəbbüsə qoşulmaq
imkanı əldə ediblər. İl ərzində cəmiyyət və
təbiət üçün risk yarada biləcək 26 kq
batareya tullantısı yığılaraq xüsusi qaydada zərərsizləşdirilməyə yönləndirilib.
Küçə heyvanlarının təhlükəsizliyini
təmin etmək məqsədilə Expressbankın 10-dan çox filialının önünə xüsusi pişik yuvaları yerləşdirilib.
Bankın ekoloji istiqamətdə həyata
keçirdiyi bütün tədbirlər "Təbiətə qayğı
– Gələcəyə miras” layihəsi çərçivəsində icra olunur. Qeyd edək ki,
Expressbank sosial məsuliyyətli maliyyə qurumu olaraq bu kimi təşəbbüsləri gələcəkdə
də prioritet fəaliyyət istiqaməti kimi saxlamağı planlaşdırır.
"Expressbank” ASC ARMB tərəfindən 30
dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət
göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Təcili
kredit üçün bura keçid edin!
Şərhlər