XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bu tətqbiqlər şəxsi məlumatlarınızı "Facebook"a ötürür
Texnologiya14:19 23.02.2019

Bu tətqbiqlər şəxsi məlumatlarınızı "Facebook"a ötürür

70-dən çox tətbiqetmə istifadəçilərin həssas şəxsi məlumatlarını "Facebook"la paylaşır.
Qaynarinfo xəbər verir ki, "Wall Street Journal" tərəfindən aparılan tədqiqat bu faktı ortaya çıxarıb. Bəzi tətbiqetmələr ürək sağlamlığı, təzyiq, hamiləlik vəziyyəti, planlaşdırılan alış prosesi ilə əlaqədar detalları qeyd ediləndən saniyələr sonra "Facebook"a ötürür. Siyahıda "Apple Store"da çox yüklənən "Instant Heart Rate" tətbiqetməsi, əmlak saytı "Realtor.com" da var. 
"Facebook" məsələ ilə bağlı açıqlama verərək həmin tətbiqetmələrin reklam əməkdaşlığı üçün məlumat paylaşdıqlarını, şəxsi məlumatların ötürülməməsi barədə xəbərdarlıqların edildiyini bildirib. 
Qeyd edək ki, "Facebook" son illərdə informasiya təhlükəsizliyi məsələsi ilə gündəmdədir. Daha əvvəl İngiltərənin "Cambridge Analytica" şirkəti "Facebook" vasitəsilə əldə etdiyi informasiyalar sayəsində ABŞ və İngiltərədəki siyasi proseslərə təsir göstərdiyi ortaya çıxmışdı.
Gülşən