XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Füzuli rayonunda güclü yanğın başlayıb
Ölkə22:16 04.08.2026

Füzuli rayonunda güclü yanğın başlayıb

Füzuli rayonunun Mollaməhərrəmli və Seyidəhmədli kəndləri istiqamətində, Araz çayı boyunca yerləşən açıq ərazidə güclü yanğın müşahidə olunur.
Qaynarinfo APA-ya istinadla xəbər verir ki, alov ətrafdakı yaşayış məntəqələrindən də açıq şəkildə görünür.
Yanğının söndürülməsi üçün hadisə yerinə Cəbrayıl və Füzuli rayonlarının Yanğından Mühafizə bölmələrinin texnika və canlı qüvvəsi cəlb olunub