XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Halal Food"un 2.1 milyon manat vergi borcu var
Ekonomiks17:03 17.04.2026

"Halal Food"un 2.1 milyon manat vergi borcu var

Gürcüstan və Belarusdan Azərbaycana ət məhsulları gətirən "Halal Food" Məhdud Məsuliyyətli Cəmiyyətinin milyonlarla borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinə vergi borcu 2.104.990,22 manata yüksəlib. 
"Halal Food" MMC-nin vergi borcu son 4 ayda 53 min 521 manat artıb. Ötən ilin noyabr ayında şirkətin borc 2.051.408,48 manat idi.
Xatırladaq ki, şirkət 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Sadiq Əhmədovdur. 
Aydın