Interpol və Sudan polisi Avropaya qaçırılan 85 uşaq və 9 yetkin şəxsi xilas edib.
Qaynarinfo xəbər verir ki, Afrikadan Avropaya işləmək üçün gedən insanlar yolda insan tacirləri tərəfindən qaçırılıb. Xilas edilənlər Çad, Konqo Demokratik Respublikası, Eritre, Niger, Sudan və Cənubi Sudandandır. Həmin şəxslər Sudanın paytaxtı Xartumda təhlükəli kimyəvi maddə və qızıl mədənlərində işləmiş, dilənçiliklə məşğul olmuş uşaqlaq və yetkin insanlardır.
Beynəlxalq Miqrasiya Təşkilatı xilas edilənləri sığınacaq və qida ilə təmin edir. Növbəti mərhələdə azyaşlıların şəxsiyyətləri müəyyənləşdiriləcək və onlar ailələrinə təhvil veriləcək.
Gülşən
Şərhlər