Sumqayıtda
mənzil sahibi olmaq istəyənlər üçün sərfəli fürsət: "Kristal”ın "Yeni Sumqayıt” və "Sahil Park” layihələrində
satışlar davam edir. Layihələrdə müxtəlif ölçü və planlara malik mənzillər
təqdim olunur ki, bu da alıcılara seçim baxımından geniş imkan yaradır.
"Yeni
Sumqayıt” yaşayış kompleksində sahələri 52,08 kv.m-dən 86,16 kv.m-dək olan tam
təmirli 2 otaqlı, 3 otaqlı və 3 otaq studiya tipli mənzillər alıcılara təqdim
edilir. Layihədə yaxın zamanda təhvil veriləcək mənzillər də satışdadır.
.jpg)
Hazırda
52,08 kv.m sahəsi olan tam təmirli 2 otaqlı mənzilə cəmi 14 900 AZN ilkin
ödənişlə sahib olmaq mümkündür. Alıcılar mənzilləri 20 ilədək ipoteka,
daxili kredit, eləcə də faizsiz və komissiyasız "Evini hissə-hissə al”
kampaniyası vasitəsilə əldə edə bilərlər.
Xəzər
dənizinin sahilində yerləşən "Sahil Park” layihəsində isə 65,58 kv.m-dən
155,65 kv.m-dək sahələri əhatə edən 2, 3, 4 otaqlı və 3 otaqlı studiya tipli
mənzillər satışdadır. Dəniz mənzərəsi, geniş yaşıllıq sahələri, abad həyət
konsepsiyası və müasir infrastrukturu ilə seçilən layihə komfortlu yaşayış
mühiti axtaran ailələr və investisiya məqsədilə mənzil almaq istəyənlər üçün
cəlbedici seçimdir.
.jpg)
Hər iki
yaşayış kompleksi müasir şəhər həyatının tələblərinə uyğun layihələndirilib.
Komplekslərdə geniş yaşıllıq və istirahət zonaları, uşaq oyun meydançaları,
idman sahələri, həmçinin məktəb, uşaq bağçası, ticarət və iaşə obyektləri
nəzərdə tutulub. Ərazilər 24/7 canlı mühafizə və videomüşahidə sistemi ilə
qorunur.
Tikintidə
yüksək keyfiyyət standartları əsas prioritetdir. Binalarda səs və istilik
izolyasiyası, nəfəs alan divar texnologiyası, beton pərdə sistemi, yerdən
tavana qədər panoram pəncərələr, yüksək keyfiyyətli laminat döşəmə və
uzunömürlü fasad materiallarından istifadə olunur. Bütün bunlar sakinlər üçün
təhlükəsiz, komfortlu və uzunömürlü yaşayış mühiti yaradır.
 (1).jpg)
Hər iki layihədə alıcılara sərfəli maliyyələşdirmə
imkanları təqdim olunur. Mənzilləri 20 ilədək ipoteka, daxili kredit, eləcə də
faizsiz və komissiyasız "Evini hissə-hissə al" kampaniyası ilə əldə etmək mümkündür. Layihələr və mövcud satış şərtləri
barədə ətraflı məlumat almaq üçün satış ofislərinə müraciət edə və ya *1544
qısa nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
Ətraflı məlumat: *1544
Ünvan:
"Yeni Sumqayıt” Sumqayıt şəhəri ,Sülh küçəsi
"Sahil Park” Sumqayıt şəhəri, Dənizkənarı
park, Göyərçin heykəlinin yanı.
kristal.az
Şərhlər