XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Meşədən meyitləri tapılan gənclər əminəvəsi olublar (VİDEO/TƏFƏRRÜAT)
Ölkə12:10 12.08.2026

Meşədən meyitləri tapılan gənclər əminəvəsi olublar (VİDEO/TƏFƏRRÜAT)

Altı gün əvvəl şəhərə getmək adı ilə evdən çıxan 2 nəfərin - 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri Lənkəranın "İbadi" deyilən meşəlik ərazisində meyiti tapılıb.

Xəzər Mirzəyevin atası Vurğun Mirzəyev Baku TV-yə bildirib ki, oğlu anasının yanına getdiyini deyib:

"Zəng eləmişdim ona. Dedim, hardasan? Dedi, Lənkərana gedirəm. Soruşdum ki, nə məsələdir? Dedi, heç bir problem yoxdur, salamatlıqdır. Anam oradadır, mən də onun yanına gedirəm.

Bir gün keçdi, zəng çatmadı. Eşitdim ki, uşaqlar yoxdur, harasa gediblər. Dedilər ki, guya Bakıya gediblər, bir dəfə də Sumqayıta getdiklərini söylədilər. Nə qədər zəng etsəm də, telefonlarına zəng çatmadı.

Dünən mənə dedilər ki, rayona gedib uşaqların olmadığı barədə məlumat verim. Dünən gedə bilmədim, bu gün səhər gəldim. Evə təzə çatmışdım, xəbər gəldi ki, uşaqları tapıblar".

Qeyd edək ki, 29 yaşlı Xəzər Mirzəyev və 16 yaşlı Fidan Məmmədova əminəvəsi olublar.