XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Zəlimxan Yaqubun aşıq havasına xarici rəqs elementləri qatdı, narazılıq yarandı (VİDEO)
Maqazin12:05 12.08.2026

Zəlimxan Yaqubun aşıq havasına xarici rəqs elementləri qatdı, narazılıq yarandı (VİDEO)

Müğənni Ellada Eyvazova mərhum Xalq şairi Zəlimxan Yaqubun sağlığında Aşıq Telli üçün yazdığı "Oynatdılar" aşıq havasına xarici rəqs elementləri əlavə edib. Müğənninin bu çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə və narazılığa səbəb olub.

İstifadəçilərin bir qismi müğənninin rəqsini müasir dövrün tələbi kimi dəyərləndirsə də, əksəriyyət bu hərəkətlərin milli musiqi ənənələrinə uyğun olmadığını bildirərək onu tənqid edib.

Azərbaycan Aşıqlar Birliyinin sədr müavini Aşıq Altay Məmmədov Qaynarinfo-ya açıqlamasında "Oynatdılar" aşıq havasının Aşıq Telli üçün yazıldığını bildirib:

"İlk olaraq Telli xanım oxuyub. Deyilənə görə, şair bu sözləri bir el məclisində Telli xanıma həsr edib. Musiqisinin kimə məxsus olduğunu isə Telli xanım bilər".

Müğənninin rəqsinə münasibət bildirən sədr müavini milli ruhda yazılan şeirlərə bəstələnən musiqilərin və mahnıların da həmin ruhda ifa olunmasının tərəfdarı olduğunu vurğulayıb:

"Musiqinin sədaları altında milli geyimdə Azərbaycan rəqsləri gözəldir. Çalışaq ki, bu gözəlliyi qoruya bilək".

Bahar Rüstəmli