XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Messidən daha bir rekord
İdman09:51 17.08.2023

Messidən daha bir rekord

"İnter Mayami”də qollarına davam edən Lionel Messi "Philadelphia Union”la matçda daha bir rekorda imza atıb. 
Qaynarinfo-nun məlumatına görə, komandasının Liqalar Kubokunun finalına yüksəlməsində əhəmiyyətli rol oynayan argentinalı hücumçu doqquzuncu qolunu vurmaqla "İnter Mayami”də ən çox fərqlənən üçüncü futbolçu ünvanına yiyələnib. O, bu siyahıda Jozef Martinez və Robert Teyloru geridə qoyub. 
Messinin sabiq argentinalı komanda yoldaşı Qonzalo İquayn 29 qolla siyahıda birinci yerdədirsə, Leonardo Kampana 16 qolla ikinci pillədə məskunlaşıb. 

Səbuhi Həsənov