XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Minifutbol-2025: Afrika təmsilçisi Bakıda qələbə qazandı
İdman17:37 23.05.2025

Minifutbol-2025: Afrika təmsilçisi Bakıda qələbə qazandı

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir qarşılaşma keçirilib.
Qaynarinfo xəbər verir ki, B qrupunda II turun oyununda Rumıniya və Çad milliləri üz-üzə gəliblər.
Milli Gimnastika Arenasında reallaşan qarşılaşma Afrika təmsilçisinin qələbəsi ilə bitib - 4:2.
Qrupun bu gün baş tutmuş digər matçında Fransa Özbəkistanla bərabərə qalıb - 3:3.
Fransa ilk görüşdə Çadı məğlub edib - 1:0. Özbəkistan millisi isə Rumıniyaya 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.