XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Minifutbol-2025: Azərbaycan millisi finalda
İdman21:09 30.05.2025

Minifutbol-2025: Azərbaycan millisi finalda

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.
Qaynarinfo xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv yarımfinalda Monteneqro ilə üz-üzə gəlib.
Qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Millinin heyətində Ağaseyid Qasımov (23) və Ramiz Çovdarov (44) fərqləniblər.
Qeyd edək ki, Azərbaycan həlledici mərhələdə Macarıstan - Serbiya cütünün qalibi ilə qarşılaşacaq.