XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Oteldə söyüş söydü, saxlanıldı - Məhkəmə azad etdi
Ölkə12:41 19.08.2024

Oteldə söyüş söydü, saxlanıldı - Məhkəmə azad etdi

Bakıda məşhur oteldə söyüş söyən şəxs saxlanılıb. 
Qaynarinfo-nun məlumatına görə, hadisə Səbail rayonunda yerləşən "Khaghani Center Hotel"də baş verib.
1993-cü ildə təvəllüdlü şəxs ) içkinin təsiri altında oteldə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozub. O, polis tərəfindən saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib. 
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs inzibati xətanı törətməkdə bilinib və 75 manat cərimə edilib. Həmin şəxs məhkəmə zalından azadlığa buraxılıb.
Əhməd