XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Polkovnik Səttar Manafov vəfat etdi
Ölkə10:10 19.07.2026

Polkovnik Səttar Manafov vəfat etdi

Ehtiyatda olan 1-ci dərəcəli kapitan (polkovnik) Manafov Səttar Qəzənfər oğlu vəfat edib.
"Unikal"ın məlumatına görə, o, 40 ilə yaxın Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. 
​Qeyd edək ki, Səttar Manafov Hərbi Dəniz Qüvvələrində xidmət etməklə yanaşı, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində kafedra müdiri və Təlim-Tədris Mərkəzinin rəisi vəzifələrində çalışıb.
O, həmçinin Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
Mərhum doğulduğu Neftçala şəhərində dəfn edilib.