XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ronaldonun bacısının əri xoruz döyüşlərinin təşkilində şübhəli bilinir
Maqazin17:57 22.07.2026

Ronaldonun bacısının əri xoruz döyüşlərinin təşkilində şübhəli bilinir

Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldonun bacısı Kati Aveyronun həyat yoldaşı, iş adamı Aleksandr Bertoluççi Braziliyanın Rio-Qrande-du-Sul ştatında polis araşdırmasının hədəfinə çevrilib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Metropoles" nəşri məlumat yayıb.
Məlumata görə, Bertoluççi xoruz döyüşlərinin təşkilində iştirak etməkdə şübhəli bilinir.
Aleksandr Bertoluççi Rio-Qrande-du-Sul ştatından olan sahibkardır. O, Kati Aveyro ilə 2017-ci ildən evlidir və cütlük birgə biznes fəaliyyəti də göstərir.
Onlar Portuqaliya mətbəxi və Ronaldo ailəsinin tarixindən ilhamlanan "Casa Aveiro by Dolores" restoranını idarə ediblər.
Aydın