XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Sabah" Avstriyada Ukrayna klubuna böyük hesabla uduzdu
İdman22:02 02.07.2026

"Sabah" Avstriyada Ukrayna klubuna böyük hesabla uduzdu

Avstriyanın Tirol şəhərində təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama matçını keçirib.

Qaynarinfo xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda Ukrayna təmsilçisi "Polissya" ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan çempionunun 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, "Sabah" toplanış çərçivəsində daha əvvəl "Universitatya" (Rumıniya) və "Ferentsvaroş"la (Macarıstan) qüvvəsini sınayıb. Hər iki görüş 1:1 hesabı ilə başa çatıb.