XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sabiq partiya sədri: "Tərcümələr edirəm, kitab oxuyuram...”
Siyasət06:21 22.09.2023

Sabiq partiya sədri: "Tərcümələr edirəm, kitab oxuyuram...”

Bir müddət öncə fəaliyyəti dayandırılan Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan tərcümə işləri ilə məşğuldur.
Bu barədə Qaynarinfo-ya özü məlumat verib. Sabiq sədr gününün çox hissəsini kitabxanalarda keçirdiyini vurğulayıb:
"Günümün boş keçməsini istəmirəm, kitabxanalarda oluram, tərcümələr edirəm”. 
Əvəz Temirxan növbədənkənar parlament seçkisi keçirilərsə, seçkiyə qatılacağını açıqlayıb. 
Qeyd edək ki, Azərbaycan Liberal Partiyası iyunun 24-də fəaliyyətinə son verməsi ilə bağlı bəyanat yayıb.
Bahar Rüstəmli