XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Santuş istefa verməsə, özümüz tədbir görəcəyik" - AFFA-nın Baş katibi
İdman10:04 06.09.2025

"Santuş istefa verməsə, özümüz tədbir görəcəyik" - AFFA-nın Baş katibi

Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, bu barədə özümüz tədbir görəcəyik.
Qaynarinfo "Report"a istadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib. 
O, İslandiya yığmasına qarşı keçirilən DÇ-2026-nın seçmə mərhələsinin oyunu (0:5) ilə bağlı danışıb:
"Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı olan hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin hesabatını gözləyirik. O, komandanı oyuna hazırlaya bilməyib".