XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sərdar Berdiməhəmmədov Azərbaycana gələcək
Ölkə11:36 15.06.2026

Sərdar Berdiməhəmmədov Azərbaycana gələcək

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur.
Qaynarinfo xəbər verir ki, bu fikirləri Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən "Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” adlı panel sessiyada səsləndirib.
O bildirib ki, səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcək.