XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi
Ölkə22:40 03.06.2026

Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
Qaynarinfo report-a istinadən xəbər verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.
İlkin məlumata əsasən, 1994-cü il təvəllüdlü Urfan Baxışov tanışı tərəfindən qətlə yetirilib.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri və digər detalları müəyyənləşdirilir.