Yelo Bank xidmət şəbəkəsini genişləndirməyə davam
edir. Bankın yeni, sayca 23-cü xidmət məntəqəsi Zaqatala şəhərində fəaliyyətə
başladı.
Faiq Əmirov küçəsi, 12C ünvanında yerləşən filial
Bank-ın özünəməxsus "parlaq bankçılıq" konsepti əsasında qurulub.
Müasir və işıqlı interyeri ilə fərqlənən filialda müştərilərin rahatlığı üçün
hər bir detal nəzərə alınıb. Burada həm fərdi, həm də biznes müştərilərinə
geniş çeşiddə bank xidmətləri, o cümlədən kredit, əmanət, kart əməliyyatları və
digər gündəlik maliyyə xidmətləri təklif olunur. Həmçinin, 24/7 xidmət
zonasında ATM və terminallar vasitəsilə günün istənilən vaxtı nağdlaşdırma və
ödənişlər etmək mümkündür.
Yelo Bank-ın əsas məqsədi maliyyə xidmətlərini hər
kəs üçün əlçatan etmək və bölgələrdə real sektorun inkişafına dəstək olmaqdır.
Yeni filial Zaqatala və ətraf rayonlardakı kiçik və orta sahibkarlıqla məşğul
olan şəxslər üçün maliyyə resurslarına əlçatanlığı asanlaşdıracaq.
Strategiyasına uyğun olaraq Bank, regionlarda fəaliyyətini daha da
gücləndirməyi planlaşdırır.
Sərfəl şərtlərlə agrokreditəldə etmək istəyirsiniz? O
zaman 981 nömrəsinə zəng edin və yaFacebook,Instagram,Whatsappvəyelo.azhesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq
bankçılıq!
Şərhlər