Yelo Bank ölkədə dövlət-özəl dialoqunun inkişafına
verdiyi dəstəyə görə Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən
xüsusi fəxri fərmanla təltif edilib.
Mükafatı ASK-nın Baş katibi Ziya Hacılı Yelo
Bank-ın İdarə Heyətinin sədr müavini Elşən Pirmalıyevə təqdim edib.
Təqdimat mərasimi çərçivəsində bankda keçirilən
rəsmi görüşdə Konfederasiyanın son bir ildə dövlət-özəl dialoqu istiqamətində
gördüyü işlərə dair təqdimat dinlənilib. Görüş zamanı tərəflər arasında gələcək
əməkdaşlıq perspektivləri və real sektorun dəstəklənməsi üçün yeni ortaq layihə
imkanları ətrafında səmərəli müzakirələr aparılıb.
Yelo Bank real sektorun, xüsusilə kiçik və orta
sahibkarlığın (KOB) inkişafını hər zaman prioritet hesab edir və ölkədə biznes
ekosisteminin gücləndirilməsi istiqamətində tərəfdaş qurumlarla aktiv
əməkdaşlığını davam etdirir.
Mikro kredit lazımdır?O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı
ziyarət edin.
Yelo Bank – Parlaq
bankçılıq!
Şərhlər