Yelo Bank 2026-cı ilin birinci yarısı (yanvar-iyun)
üzrə maliyyə göstəricilərini elan edib. Hesabat dövrünün nəticələrinə əsasən,
Bank kapital mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib və əsas əməliyyat
gəlirlərində yüksək artım dinamikasını qoruyub saxlayıb.
Belə ki, faiz gəlirləri ötən ilin analoji dövrü ilə
müqayisədə 21% (18 mln manat) artaraq 102 mln manata çatıb. Effektiv rüblük
fəaliyyət nəticəsində Yelo Bank ilk 6 ay ərzində 12.6 mln manat xalis mənfəət
əldə edib. Bu dövrdə qeyri-faiz gəlirləri isə 5 mln manatı ötüb.
Maliyyə hesabatlarında ən diqqətçəkən məqamlardan
biri də kreditləşmə templərinin qorunmasıdır. Bankın ümumi kredit portfeli ilin
əvvəli ilə müqayisədə 18 mln manat artaraq 1 mlrd 107 mln manata yüksəlib.
Həmişə olduğu kimi, portfeldə real sektorun dəstəklənməsi ön planda olub —
biznes kreditləri portfeli 687 mln manata çatıb. Fiziki şəxslərin
maliyyələşdirilməsi istiqamətində isə ümumi istehlak kredit portfeli də artaraq
420 mln manat təşkil edib.
Müştərilərin etibarlı tərəfdaşı olan Yelo Bank-da
toplanan depozitlərin (əmanət portfeli) həcmi 1 mlrd 39 mln manata çatıb.
Bankın ümumi aktivləri isə yarımilliyin sonuna 1 mlrd 475 mln manat həcmində
olub.
Hesabat dövründə Bankın kapital dayanıqlığında da
nəzərəçarpan yüksəliş qeydə alınıb. Məcmu kapital ilin əvvəli ilə müqayisədə 9
mln manat artaraq 184 mln manata, ümumi kapital isə 190 mln manata yüksəlib.
Məcmu kapitalın adekvatlıq əmsalı 14.06%, birinci dərəcəli kapitalın adekvatlıq
əmsalı isə 11.77% olmaqla requlyativ normativləri inamla üstələyir.
Bank xidmətləri (tecili kredit və s.) ilə bağlı əlavə
suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı
ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Şərhlər