XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

3 komandada 200 oyun, 31 qol - Rəhim Sadıxov üçün yubiley
İdman12:08 11.05.2026

3 komandada 200 oyun, 31 qol - Rəhim Sadıxov üçün yubiley

Misli Premyer Liqasının XXXI turu Rəhim Sadıxov üçün yubileylə əlamətdar olub.
Qaynarinfo Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "Turan Tovuz"un yarımmüdafiəçisi turnirdə 200-cü matçına çıxıb. "Karvan-Yevlax"la qarşılaşmanı (1:0) əvəz olunmadan keçirən Rəhim 200 oyunda 31 qola imza atıb.
Debütü 2019/20 mövsümünə təsadüf edən yarımmüdafiəçi 3 klubun formasını geyinib. O, "Sumqayıt"da 82 (17 qol), "Zirə"də 70 (10 qol), "Turan Tovuz"da 48 (4 qol) görüşə çıxıb.