XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

37 aptekdə yoxlama aparıldı - Nöqsanlar aşkarlandı
Ölkə18:07 03.10.2025

37 aptekdə yoxlama aparıldı - Nöqsanlar aşkarlandı

Sentyabr ayında 37 aptekdə monitorinq aparılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. 
Bildirilib ki, qeyd olunan dövr ərzində ümumilikdə 9-u Bakı şəhərində, 28-i isə digər rayonlarda olmaqla 37 aptekdə yoxlama aparılıb.
Aparılmış planlı və plandan kənar yoxlamalar nəticəsində 8 müxtəlif nöqsanlar faktı aşkar olunub.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə ümumilikdə 11 protokol tərtib edilib.