Mikro, kiçik və orta
sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2026-cı ilin 1-ci
yarısı üzrə maliyyə nəticələrini açıqlayır.
Ətraflı məlumat əldə
etmək üçün: https://bit.ly/423QT61
2026-cı ilin 1-ci
yarısının nəticələrinə görə AccessBank-ın xalis mənfəəti 34,4% və ya 7,2 mln
manat artaraq 28.1 milyon manat təşkil edib. 2026-cı ilin 1-ci yarısı ərzində
Bankın məcmu kapitalı 2025-ci ilin sonu ilə müqayisədə 12% və ya 28.2 milyon
artaraq 262.6 milyon manata yüksəlmişdir.
Artımın drayverləri
kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozit
portfelinin böyüməsi, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd
oluna bilər. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
-Kredit portfeli 12.8% və ya 156.8 milyon manat
artıb və hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 381.4 milyon manat təşkil
edib.
-Kredit portfelinin 75.4%-i biznesə ayrılmış kreditlər
təşkil edir və biznes portfelinin həcmi 1042.1 milyon manatdır. Bu göstərici
bankın real sektorun maliyyələşdirilməsinə, biznes subyektlərinin inkişafına və
sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsinə yönəlmiş
strateji yanaşmasını əks etdirir
-Depozit portfeli 1.7% və ya 17.7 milyon manat artıb
və hesabat dövrün sonuna 1084.6 milyon manat təşkil edib. Bu da bankın dayanıqlığının və müştəri etimadının
sabit şəkildə güclənməsinin göstəricisidir.
-Eyni zamanda, AccessBank cari ilin 1-ci yarısında
beynəlxalq nüfuzlu xarici kreditorlardan 47.3 milyon manat həcmində kredit cəlb
etmişdir. Bu da əhali və bizneslər üçün maliyyə əlçatanlığını təmin etməyə
etibarlı zəmin yaradır.
-Bankın aktivləri 1.8 milyard manata çatır, bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 11.4% çoxdur.
-Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə
16.4% artaraq 141.3 milyon manata yüksəlib. Xalis faiz gəlirləri isə 10.9
milyon artaraq 84.9 milyon manat təşkil edib.
-Əlavə olaraq, hesabat dövrü ərzində qeyri-faiz gəlirləri
8.6 milyon manat olub.
-Xalis əməliyyat mənfəəti 2026-cı ilin 1-ci yarısında
41.3 milyon manata çatıb.
-Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı
82.2% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.7 dəfə yüksəkdir.
AccessBank
Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları
sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü
Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər
üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar
haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın
xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng
etmək, həmçinin www.accessbank.az saytına
və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi
Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət
göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3
ünvanında yerləşir.
Şərhlər