AccessBank korporativ sosial məsuliyyət (KSM)
strategiyası çərçivəsində Xəzər sahilində ekoloji təmizlik aksiyası təşkil edib.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə
həyata keçirilən təşəbbüs ətraf mühitin qorunmasına və ekoloji məsuliyyətin təşviqinə
yönəlib.
Aksiya çərçivəsində AccessBank əməkdaşları
sahilboyu ərazidə tullantıların toplanması işlərində iştirak edərək ərazinin
daha təmiz və istirahət üçün əlverişli vəziyyətə gətirilməsinə töhfə veriblər. Təşəbbüs
həm ətraf mühitin mühafizəsinə dəstək olmaq, həm də cəmiyyətdə ekoloji dəyərlərin
təşviqinə diqqət çəkmək məqsədi daşıyıb.
Əməkdaşların fəal iştirakı ilə həyata keçirilən
aksiya komanda ruhunun möhkəmləndirilməsi, eyni zamanda təbiətə və ətraf mühitə
həssas münasibətin təşviqi baxımından da əhəmiyyətli olub.
AccessBank korporativ sosial məsuliyyət fəaliyyətləri
çərçivəsində ətraf mühitin qorunmasına, davamlı inkişafın dəstəklənməsinə və
daha yaşıl gələcəyin formalaşdırılmasına yönəlmiş təşəbbüsləri bundan sonra da
davam etdirəcək.
AccessBank
Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları
sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü
Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər
üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar
haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın
xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng
etmək, həmçinin www.accessbank.az saytına
və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı
lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Şərhlər