AFB Bank
tibb işçiləri üçün xüsusi nağd kredit kampaniyasına start verib. Kampaniya
çərçivəsində kreditlər 3%-dək
faiz endirimi və komissiyasız
rəsmiləşdirmə imkanı ilə təqdim olunur ki, bu da müştərilərə
maliyyə ehtiyaclarını daha sərfəli şərtlərlə qarşılamağa imkan verir.
Kampaniya
çərçivəsində tibb işçiləri 50
000 AZN-dək nağd pul kreditini 10.5%-dən başlayan illik faiz dərəcəsiilə əldə edə bilərlər. Kreditlər 59
ayadək müddətə rəsmiləşdirilir və müştərilərə ödənişlərini daha
rahat planlaşdırmaq imkanı yaradır.
Kampaniyanın
digər üstünlüklərindən biri isə kreditin başdan-başa
onlayn şəkildə rəsmiləşdirilməsi imkanının təqdim edilməsidir.
Belə ki, tibb işçiləri banka gəlmədən, əlavə vaxt sərf etmədən və iş
qrafiklərini pozmadan kredit sifarişlərini tam rəqəmsal şəkildə həyata keçirə
bilirlər.
AFB Bank
müştərilərinin ehtiyaclarına uyğun maliyyə həlləri təqdim etməyə davam edir.
"Tibb işçilərinə özəl” kampaniyası da səhiyyə sahəsində çalışan şəxslərə daha
əlverişli və rahat kredit imkanları yaratmaq məqsədi daşıyır.
Kampaniyadan
yararlanmaq üçün linkə
keçid edin.
Hazırda
AFB Bank ölkə üzrə 12 satış nöqtəsi ilə fəaliyyət göstərir. Bankın həyata keçirdiyi
Transformasiya Strategiyası çərçivəsində müştərilər üçün daha sərfəli, əlçatan
və müasir maliyyə həllərinin təqdim olunması əsas prioritetlərdən biridir.
Müştərilər həmçinin 1545 qısa nömrəli Məlumat Mərkəzi, mobil bank və internet
bank vasitəsilə də bank xidmətlərindən rahat şəkildə yararlana bilirlər.
Şərhlər